Modern.az

Daşkəsəndə kişi arvadını, qayınatasını və özünü bıçaqladı

Daşkəsəndə kişi arvadını, qayınatasını və özünü bıçaqladı

Ölkə

16 Avqust 2016, 12:35

Daşkəsən rayonunda kişi həyat yoldaşı və qaynatasını bıçaqlayıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a  verilən məlumata görə, hadisə avqustun 15-də baş verib.

Daşkəsən rayonunun Bayan kəndində yaşayan Kəlbəcər rayon sakini Mübariz Kərimov evində ailə-məişət münaqişəsi zəminində arvadı Mərizəyə və qayınatası İbrahimə, sonra isə özünə bıçaqla xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər.

 

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...