Modern.az

Əhliman Əmiraslanovun ad günüdür

Əhliman Əmiraslanovun ad günüdür

Ölkə

17 Noyabr 2016, 08:55

  Bu gün akademik Əhliman Əmiraslanovun ad günüdür. Dünya şöhrətli Azərbaycan alimi akademik Əhliman Əmiraslanov onkologiya sahəsində dünya səviyyəsində qəbul edlən bir sıra ixtiralara imza atıb.

Dünyada  layiqli nüfuz qazanan alim 1986 – cı ildə  SSRİ Dövlət Mükafatı laureatına, 1991-ci ildə isə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb. O, 2000 – ci ildə  Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunub, 2001 – ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, 2007 – ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik- katibi seçilib. Akademik Ə.T Əmiraslanov 2007 – ci ildə RTEA – nın akademik N.N. Bloxin adına qızıl medalına, 2009 – cu ildə  Rusiyanın «XXI yüzilliyin liderləri» proqramı çərçivəsində «Millətin intellekti» adlı beynəlxalq təltifə layiq görülüb. 2010 – cu ildə ölkə Prezidentinin Sərəncamına  əsasən akademik Ə.T. Əmiraslanovun adı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, həmçinin «Azərbaycan Respublikası Milli Atlası»nın tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınıb, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, 2011 – ci ildə Avropa Tibbi -Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib. Türk PA-nın komissiya sədridir. Akademik Ə.T.Əmiraslanov 2014-cü il iyulun 18-də Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, 2015-ci il noyabrın 25-də isə Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, 29 iyun 2016-cı ildə isə UNESKO – nun  «Bioetika, Elm və Texnologiyaların Etikası» üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. 

Akademiki doğum günü münasibətilə ürəkdən təbrik edirik.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı