Modern.az

Moskva-Dubay təyyarəsini partlatmaqla hədələdilər

Moskva-Dubay təyyarəsini partlatmaqla hədələdilər

Ölkə

20 Noyabr 2016, 13:14

Noyabrın 20-də gecə saatlarında Domodedovo hava limanında fövqəladə hadisə qeydə alınıb.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvadan Dubaya uçmalı olan təyyarənin bir neçə içkili sərnişini salonda dava-dalaş salıblar.

 

Xuliqanlardan biri qışqıraraq onda bomba olduğunu bildirərək pilotların kabinəsini partlatmağa cəhd edib.

 

Ancaq çılğın sərnişinlər tezliklə saxlanılıblar, onlar göyərtədən düşürüləndən sonra təyyarə havaya qalxıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri