Modern.az

Futbol üzrə Konfederasiyalar Kubokunun püşkü atılıb

Futbol üzrə Konfederasiyalar Kubokunun püşkü atılıb

Ölkə

26 Noyabr 2016, 21:54

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkatma mərasimi olub. Mərasim Kazan şəhərində baş tutub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə, "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə Almaniya, Çili, Avstraliya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.

 

Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.

 

Turnirin 16 oyunu Rusiyanın dörd şəhərində - Sankt-Peterburq, Kazan, Moskva və Soçidə keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı