Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev saxlanılıb. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.