Modern.az

Neft yenidən kəskin ucuzlaşa bilər

Neft yenidən kəskin ucuzlaşa bilər

Ölkə

4 Fevral 2017, 21:40

Fevralın 6-da dünya birjalarında neft kəskin şəkildə ucuzlaşa bilər. Modern.az saytı xəbər verir ki, buna səbəb İranın neft hasilatını, OPEC-lə razılaşmaya rəğmən, artırmaq qərarıdır.

Məlumata görə, İran Milli Neft Şirkətinin başçısı Əli Kardor mart ayının 20-dən etibarən ölkəsinin sutkalıq neft hasilatını 4 milyon barrelə qədər artıracağını açıqlayıb. OPEC-lə razılaşmaya görə, İranın sutkalıq neft hasilatı 3,79 milyon barreli keçməməlidir.

Hazırda bu xəbərdən sonra neftin bahalaşmamasının səbəbi şənbə və bazar günləri dünya birjalarının işləməməsidir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...