Modern.az

Ukraynadakı rüşvət qalmaqalında azərbaycanlı adı

Ukraynadakı rüşvət qalmaqalında azərbaycanlı adı

Ölkə

5 Fevral 2017, 22:59

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb. Modern.az saytı xəbər verir ki, fins.az-ın məlumatına görə, onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.

Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın “Platiservis” milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.

Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...