Modern.az

«Böyük siyasətin» qurbanları

«Böyük siyasətin»  qurbanları

Ölkə

30 Mart 2011, 12:53

Ermənilər qan tökmək üçün yaranan fürsətdən istifadə etdi... minlərlə vətəndaşımız qanına qəltan olundu, yandırıldı, zülmlərə, işgəncələrə məruz qaldı

1918-ci il martın 29-u səhərə yaxın Bakıdakı Təzəpir məscidi yaxınlığından atılan top və mərmilərin səsinə bütün şəhər diksindi. Dinc əhalinin ermənilərin əli ilə törədiləcək soyqırımdan xəbəri yox idi. Ondan da xəbəri yox idi ki, ermənilərin Bakıdan başladıqları soyqırım Quba, Şamaxı, Zəngəzur, Gəncəyə, oradan da bütün ölkəyə keçəcək. Martın 30-u və 31-i soyqırımın ən geniş miqyas aldığı günlərdir. Təkcə Bakıda həmin gunlər 12 minə yaxın azərbaycanlı öldürülmüşdü. Əslində, bu heç də soyqırımın başladığı ilk tarix deyildi. Buna qədər ermənilər 1905-06-cı illərdə kütləvi qətllər törətmişdilər. 1918-ci ilin martındakı qırğınlardan əvvəl isə həmin ilin yanvarnda ermənilər İrəvan və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edib, yüz min azərbaycanlını xüsusi qəddarlıqla məhv etmişdilər. Mart qırğınları zamanı silahlı basqına məruz qalaraq məscidlərdə gizlənən qadın və uşaqları da qəddarlıqla qırırdılar. Həmin günlər Bakının əksər kəndlərinin əhalisi dəniz yolu ilə Dərbəndə qaçırdı. Ermənilər Bakını xarabalığa döndərimşdilər. Paytaxtdakı strateji binalar partladılmışdı. "Kaspi" mətbəəsi yanldırılmış, Göy Məscid dağılmış, Müsəlman Xeyriyyə Cəmiyyəti və Azərbaycanın siyasi elitasının qərargahı və o zamanlar siyasi beyin mərkəzi sayılan "İsmailiyyə" binası da (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) yandırılmışdı.  Artıq vəhşiləşmiş ermənilər qocaya, uşağa baxmadan qətlyamı davam etdirirdi. İnsanlar öldürülür, kəndlər yandırılır, dağıdılır........

Bəs görəsən niyə? Bu sadəcə ermənilərin türklərə qarşı olan düşmənçiliyi idimi? Yoxsa burda başqa məqamlar da mövcuddur? Məsələyə bir qədər də diqqət yetirsək bir müddət əvvəl eyni situasiya yaşanmışdı, yəni 1905-ci ildə ermənilər bir qətliyam törətmişdilər. Zaqafqaziyada uzun müddət çarın əsarətində olan Azərbaycanın düşünən beyinləri yaranmış fürsətdən istifadə edib Şərqdə ilk demokratik dövlət qurmaq ideyasını irəli sürmüş və buna nail olmaq üçün işlər aparırdılar. Lakin Lenin buna göz yuma bilməzdi çünki illərlə «əziyyət çəkib» çarı devirənlər imperiyadan qalan mirasın dağılmasını istəmirdi. Lakin burada ehtiyyatlı siyasət yeritmək lazım idi. Çünki dünya ölkələri də o zaman SSRİ-nin yaranmasını o qədər də ürəkdən arzulamırdılar. Odur ki, hər hansı zorakılıq Leninin xeyrinə deyildi. Bəs neynəməli? Azərbaycan öz müstəqilliyini elan etsə idi bunu başqaları da bu iddianı irəli sürərdi və nəticədə qalan "miras" parçalanır və illərlə qurulan ideyalar məhv ola bilərdi. O zaman devirdiyi çar rejiminin «uzaqgörən», totolitar baxışları ilə seçilən I Pyotrun sözlərinə əməl etməkən başqa çarə qalmırdı. Ermənilərdən regionda istifadə etmək lazım idi. Artıq 1905-ci ildən ixtilafın olduğunu bilən sovet qurucuları bunu yenidən alovlandırmaq üçün heç də çətinlik çəkmədilər. Sadəcə burada bir az silah və dəstək lazım idi. Ən əsası isə sovet qurucuları burada seyrçi mövqeyində qalır və buna "iki xalqın milli ədavəti" kimi qiymət verirdilər. Ermənilər isə türklərə qarşı illərlə ürəklərində bəslədiyi kini üzə çıxarmaq və qan tökmək üçün yaranan fürsətdən istifadə etdilər. Minlərlə vətəndaşımız qanına qəltan edildi, yandırıldı, zülmlərə, işgəncələrə məruz qaldı.

Lakin hər zaman türk-türkə dəstək ideyasına sadiq olan qardaş Türkiyə Cümhuriyyəti Nuru paşanın komandanlığı altında öz dəstəyini bizdən əsirgəmədi və bir daha əsl qardaşlığını sübüt elədi. Bundan sonra Azərbaycan öz müstəqillik ideyalarını gerçəkləşdirmək üçün yeni imkanlar qazandı və şanlı 28 May günü bunu həyata keçirdi.

Heç bir müstəqillik qansız qazanılmır lakin xalqımızın 1918-ci ildə qazandığı müstəqillik uğrunda tökülən qanlar yaddaşımıza soyqrımı kimi yazıldı. Çünki o zaman vəhşiləşmiş ermənilər birdəfəlik millətimizin kökünü kəsmək əmrini almışdı.

Bu əmri icra etməyə ürəkdən razı oan mənfur ermənilər burada "Böyük Hayastan" arzularını həyata keçirmək istəyirdilər. Azərbaycan əraziləri hesabına dövlət qurmaq və xalqın kökünü kəsmək hər iki tərəfə sərf edirdi. Sovet qurucularına "asi" olan bir xalqın məhv edilməsi və eyni zamanda erməni kimi bir oyuncağın istifadəsi ən real variant hesab olunurdu. Bütün planları isə alt-üst edən yenə də türk birliyi oldu. Nuru paşanın başçılığı ilə türk İslam ordusunun Bakını azad etməsi bir daha türk birliyi məsələsini ortaya qoydu.  Artıq Azərbaycanın böyük bir dövlətdən dəstək aldığını görən qüvvələr nisbətən geri çəkilməli oldu. Bu planın qətlyamla mümkün olmadığını anlayan rəhbərlər ikinci taktikaya "gizli siyasətə" keçdilər.

Azərbaycan isə öz qurduğu müstəqil dövlətdə islahatlar aparırdı. Bütün bunlardan isə tarixdə bir xalqın soyqrımı qaldı. Özü də vəhşicəsinə törədilmiş və məqsədyönlü şəkildə olan bir terror.

Uzun müddət bu hadisəni ört-basdır eləməyə çalışdılar. Sovet rejimi həmin soyqrımı zamanı şəhid olanların məzarları üzərinə xalqımızın qan düşməni olan Kirovun heykəlini qoydu və burada park yaratdı. Adını da dostluq qardaşlıq parkı qoydu. Bu hadisəsəni bizlərə unutdurmağa çalışıb erməniləri başımıza rəhbər eləməklə bizi yenidən "qardaş" etməyə cəhd göstərdilər. Lakin 70 il ərzində bu tarixi silə bilmədilər. Xalqımızın qətiyyəti buna imkan vermədi.

Müstəqillik qazandıqdan sonra yenə də eyni kart ilə oyunlar oynanıldı. Ermənilərin mənfur sifətindən istifadə edən qüvvələr yenidən xalqımıza qarşı terror həyata keçirdilər. Xocalı faciəsi törədildi. Torpaqlarımız işğal olundu.

P.S. Nahaq qan yerdə qalmaz. Düşmən etdiyi əməllərin cəzasına mütləq çatacaqdır. Azərbaycan haqq səsini dünya ictimaiyyətinə bildirməklə bu cinayətin  hüquqi cəzasını verəcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı