Modern.az

Azərbaycan faciə ilə bağlı başsağlığı verib

Azərbaycan faciə ilə bağlı başsağlığı verib

Ölkə

26 Avqust 2026, 21:17

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

Modern.az XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:

"Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.

Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var