Modern.az

Zaxarova: Ermənistan hakimiyyətinin taktikası qeyri-etikdir

Zaxarova: Ermənistan hakimiyyətinin taktikası qeyri-etikdir

Aktual

27 Avqust 2026, 14:37

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin siyasətini sərt tənqid edib.

Modern.az xəbər verir ki, Zaxarova Ermənistan rəhbərliyinin son qərarlarına münasibət bildirərkən onun yürütdüyü taktikanı “açıq şəkildə qeyri-etik” adlandırıb.

“Ermənistan hakimiyyətinin taktikası açıq şəkildə qeyri-etik görünür”, – Rusiya XİN sözçüsü bildirib.

Zaxarova eyni zamanda Avropa İttifaqının Avrasiya İqtisadi İttifaqına (Aİİ) münasibətindən danışıb. Onun sözlərinə görə, Brüsselin məqsədi Aİİ ilə rəqabət aparmaq deyil.

“Avropa İttifaqı gizlətmir ki, onun üçün Aİİ məğlubiyyətə uğradılmalı hədəfdir. Söhbət hətta rəqabətdən deyil, sadəcə olaraq onun məhv edilməsindən gedir”, – Zaxarova vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...