Modern.az

 Dehliyə uçan təyyarə Bakıda eniş edib

 Dehliyə uçan təyyarə Bakıda eniş edib

Ölkə

26 Avqust 2026, 00:00

25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən "Lufthansa" aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məcburi enişə səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.

Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər