Modern.az

Uşaqlar üçün elektrik avtomobilləri satışa çıxarılıb10 min dollara  

Uşaqlar üçün elektrik avtomobilləri satışa çıxarılıb – 10 min dollara   

Ölkə

11 Fevral 2017, 09:22

Böyük Britaniyanın “Morgan” şirkəti uşaqlar üçün birnəfərlik ekoloji və müasir nəqliyyat vasitəsi olan “EV3 Junior” retro elektrik avtomobilini satışa çıxarıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, elektrik avtomobili 1930-1940-cı illərin yarış bolidini xatırladır.

3 təkər üzərində hərəkət edən avtomobil tutumlu batareya ilə təchiz edilib. Korpusu karbon lifindən istehsal edilən bu elektromobilin salonu xromlaşdırılmış detallardan və təbii ağacdan olan laydan hazırlanıb. Hər bir müştəri üçün fərdi hazırlanan sürücü oturacağında təbii dəridən istifadə edilib. Avtomobilin sürəti saatda 16 kilometrə bərabərdir.

Sifarişlə hazırlanan və 8-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan avtomobilin qiyməti 10 min dollar təşkil edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı