Modern.az

Əli Həsənovdan köçkünlərə XƏBƏR var: “520 min nəfərlik siyahı hazırdır”

Əli Həsənovdan köçkünlərə XƏBƏR var: “520 min nəfərlik siyahı hazırdır”

Ölkə

3 Mart 2017, 11:28

“Məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək”

Modern.az xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərin 520 min adlı siyahısı artıq hazırdır:

 

“Sayğac, qaz olmayan yerlər dəqiqləşdirilib. Yanlışlıq olanlar, müraciət edənlər mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər özləri ödəniş edəcəklər".

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?