Modern.az

İslamiada: Azərbaycan voleybolçuları Qırğızıstan və Pakistanı uddu 

İslamiada: Azərbaycan voleybolçuları Qırğızıstan və Pakistanı uddu 

Ölkə

11 May 2017, 23:28

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir.

 

Modern.az-ın məlumatına görə, A qrupunda Azərbaycan və Qırğızıstan yığmaları qarşılaşıblar.

 

Azərbaycan voleybolçuları hər üç setdə rəqib komandanın oyunçularına göz açmağa imkan verməyiblər - 25:7, 25:3, 25:8 (3:0).

Bu qrupun digər oyununda Türkiyə Tacikistanı məğlub edib - 3:0.

 

Azərbaycanın kişi voleybolçulardan ibarət komandası isə Pakistana qalib gəlib - 25:22, 25:18, 25:21 (3:0).

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı