Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, ağaca çırpılıb.
Nəticədə 3 nəfər - 18 yaşlı T. Orucov, 20 yaşlı V.Əmrahov və 24 yaşlı C.Rüstəmov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Görülən tədbirlərə baxmayaraq, T. Orucovu xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.