Modern.az

10 yaşlı uşağı vurub qaçan sürücü tutulub  

10 yaşlı uşağı vurub qaçan sürücü tutulub   

Ölkə

22 May 2017, 12:44

Abşeronda 10 yaşlı uşağı maşın vurub.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı