Modern.az

“Bəzən elə standart tələb edirlər ki, onu yerinə yetirmək çətin olur”

“Bəzən elə standart tələb edirlər ki, onu yerinə yetirmək çətin olur”

Ölkə

1 İyun 2017, 10:49

“Sosial məsələlərin bütövlükdə müzakirəsi və həlli Azərbaycanın prioritet məsələləsi olub. Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub. Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyədədir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

 

Z.Əsgərovun sözlərinə görə, bəzən avropalı deputatlar bu məsələlərlə bağlı elə standarlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur.

 

“Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıq bir dövrdə təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq qaçqın var və onun 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Dövlət öhdəsinə düşən tələblərinə yetirir və yetirəcək”.

 

O qeyd edib ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir.

 

“Bu gün Suriya, İraq qaçqınlarından danışırlar. 25 il əvvəl Azərbaycan 1 milyona yaxın qaçqn gəlib. Niyə o zaman bu barədə danışılmırdı? Niyə həmin insanların problemlərinə toxunulmurdu?. Burada ikili standarltar da var. Biz diplomat deyilik, amma siyasətlə məşğul oluruq.

 

Həmçinin “Metsamor” atom elektrik stansiyası da müzakirə olunmalıdır. O region üçün ən təhlükəli atom elektrik stansiyasıdır. Sovet texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, görün Avropa üçün necə bir təhlükə yaradar. Ermənistan üstəlik seysmik regionda yerləşir”.

 

Z. Əsgərov bildirib ki, Azərbaycan iqlim dəyişikliləri ilə bağlı öhdəlikləri məsuliyyətlə yerinə yetirir və  bütün ölkələr bu məsələdə məsuliyyətli olmalıdırlar.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı