Modern.az

Hacıqabulda iki yük maşını toqquşub

Hacıqabulda iki yük maşını toqquşub

Ölkə

18 İyun 2017, 09:58

Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb. 

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

 

“Shacman” markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı