Modern.az

Azərbaycan, Türkiyə, Türkmənistan prezidentləri bir araya gələcək

Azərbaycan, Türkiyə, Türkmənistan prezidentləri bir araya gələcək

Ölkə

17 İyul 2017, 11:04

Bu ilin sonuna kimi Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Aşqabadda üçtərəfli görüşü keçiriləcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Səfir bildirib ki, prezidentlərin görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq.

“Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər”. 

Qeyd edək  ki, liderlərinin görüşü 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı