Modern.az

“Rabitə işi”-“Aztelekom”un sabiq baş direktoru azadlığa buraxıldı

“Rabitə işi”-“Aztelekom”un sabiq baş direktoru azadlığa buraxıldı

Ölkə

27 İyul 2017, 12:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...