Modern.az

Yaponiyanın yeni nazirləri

Yaponiyanın yeni nazirləri

Ölkə

3 Avqust 2017, 09:35

Yaponiyada Nazirlər Kabinetində aparılan yerdəyişmələr sonunda yeni xarici işlər naziri əvvəllər İnzibati İslahatlar üzrə Nazirliyin rəhbəri olmuş Taro Kono olub.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, ölkənin yeni müdafiə naziri isə əvvəllər də bu postu tutmuş İtsunori Onoeru olub.

 

Okinava və Şimal əraziləri üzrə nazir postuna isə Tetsuma Esaki təyin edilib.

 

Qeyd edək ki, Yaponiyanın Nazirlər Kabineti hökumətdə yeni yerdəyişmələr ərəfəsində fövqəladə iclas çağırmış və iclas zamanı nazirlər öz istefalarını ölkənin baş naziri Sinzo Abeyə təqdim etmişdilər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı