Modern.az

Tank, bizi yaylığa bağışla

Tank, bizi yaylığa bağışla

Ölkə

19 Sentyabr 2012, 10:14

Deyirlər Kiprdə hündür bir qayanın başında  bir tank var,  həmin qayanı muzey kimi xariçdən gələnlərlə göstərirlər. Danışırlar ki, müharibə vaxtı türk əsgəri nətər hirslənibsə, bir də görüb ki, tank düz qayanın başındadı. Düşünəndə əsgər özü də mat-məəttəl qalıb ki, ayə, tank bura necə çıxdı?  Demək, türk oğlu türk hirsələnəndə gözünə heç nə görünmür.  Qayanın qısaca məzmunu ancaq bu. Məqsədim tək  qaya ilə bağlı   deyil, qayanın başından  özümüzə baxmaqdı.

Mənə elə gəlir ki, bizim   Qarabağ  məsələsində  bir neçə dəfə tankı qayanın başına çıxartmaq imkanımız olub. Çünki damarımız türk damarıdı, hirsləndik, üzümüzü görmə,  amma nə yazıqlar ki, çox fürsəti əldən  vermişik.

1-ci imkan o idi ki, Qərbi Azərbaycandan  soydaşlarımız doğma  yurd-yuvalarından  qovulanda  yaman  hirsləndik. Az qala tankı qayanın başına çıxardaq. Hirsimizdən istədik ev-eşiklərindən  qovulmuş soydaşlarımızı Qarabağa yerləşdirək.  Qərbi Azərbaycanlılar Qarabağa üz  tutdular... Elə bu zaman Xuraman Abbasova yaylığını qabağımıza sərdi və yalvardı ki, amandı qardaşlarım, ora getməyin. Biz də bir göyə baxdıq, bir də yaylığa, mentalitetimizə sığınıb yaylığı basa bilmədik. Oturduq yerimizdə. Bu dəfə  də bizi qadın yaylığı yıxdı. Daha doğrusu, hirsimisi yaman soyutdu.

Ikinci imkan da  bu idi ki,  sonra   ermənilər  bizi  Doğma Qarabağımızdan  rus hərbiçilərinin  köməyi ilə    çixartmağa başladılar.  Yenə Allah-təala  bizə  imkan verdi ki, bir də  hirslənək,  torpağımızı yağı düşməndən  xilas eləyək.  Başımıza dəli bir hirs gəldi, az qala tanqı qayanın başına çıxardaq, yenə hakimiyyət başladı  siyəsət yürütməyə ki, lazım deyil, siyasi yolla məsələni özümüz həll edəcəyik. O qədər bizə ümidlər verdilər  ki, axırda başladı hirsimiz soyumağa.

Görünür yaradan bizi çox istəyirmiş, yenə  imkan verdi ki, bu dəfə lap möhkəm  hirslənək, yəni məlum məsəlin nağılı olmasın  heç  olmasa özümüz  bu  dəfə  bir “bilet alaq”.
Xocalı faciəsi baş verdi.. Daha dedim qardaş,  biz  bu dəfə  bir  gecənin içində bütün Qarabağı yağılardan azad edəcəyik. Orada hər qayanın başına bir tank  nədi, lap iki tank mindirəcəyik.  Bu dəfəki hirslənmək daha o birilərindən deyildi. Yenə də başladılar bizim  hirsimizi soyutmağa. Siyasət, filan, zad... guya Moskva özü də bu haqsızlığa  hirslənib, lap Amerikanın qan təzyiq qalxıb. Bizə başsağlığı verdilər, bizim də hirsimiz soyudu və yenə  tankı qayanın başına çıxarda bilmədik. Nə qədər sakitləşsək də, görünür, əlimizi hirsimizdən tam üzmək məqamını   Allah-təala hələ   bizə qıymayıbmış. 
Bu dəfə də “Qırmızı koftalı, yaşıl tumanlı “ Şuşanı itirdik. Dedim, daha bu xına o xınadan deyil, daha nəinki doğma Qarabağımızı, Zəngəzuru da  bir gecənin içində götürəcəyik. “Alacağıq” demədim ha, məhz  “götürəcəyik”.  
Hələ Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızı doğma yurd- yuvalarına qaytaracağıq. Açığı, başqa cür çıxmasın, buna bir az  sevinmək də olardı. Yəni Şuşanın getməyi bizə nə qədər torpaqlarımızı qaytarmağın şansını verir. Artıq biz hirslənirik.

Amma yenə də, böyürdən-başdan, içimizdən-çölümüzdən  düşdülər üstümüzə ki, ermənilər  uşaqdı, qanmırlar, bəs sizə nə olub? Kənardan baxanlar bəs deməzlərmi, Azərbaycan müharibə eləyir.

Bizim də hirsimiz başladı  soyumağa.

İndi mən son vaxtlar yaman qorxmağa başlamışam. Qorxuram başımız nə iş  gəlsə, indi də hirslənə bilməyək, Allah eləməsin birdən biz də umuntet-zad  yaranıb eləyər. Amma ümidliyəm ki, külün altında qalan göz kimi türk damarımızda o tankı qayanın başına  çıxarda biləcək hirsimiz  hələ də durur. Ya Allah...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı