Modern.az

Pakistanda xəstəxana yandı - 15 körpə öldü

Pakistanda xəstəxana yandı - 15 körpə öldü

Dünya

26 Avqust 2026, 09:28

Pakistanda xəstəxananın ginekologiya şöbəsinin yenidoğulmuşlar bölməsində baş verən yanğın nəticəsində azı 15 körpə həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Məlumata görə, hadisə baş verən zaman şöbədə ümumilikdə 16 yeni doğulmuş körpə olub.

İlkin məlumata əsasən, yanğın kondisionerin kompressorunun partlamasından sonra başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra müəyyənləşdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!