Modern.az

Pişik əti yedi, fermalarını və mülklərini itirdi – Lalə Altunun ŞOK ETİRAFLARI

Pişik əti yedi, fermalarını və mülklərini itirdi – Lalə Altunun ŞOK ETİRAFLARI

Ölkə

Bu gün, 13:05

Tanınmış müğənni Lalə Altun aparıcı Nail Kəmərlinin verilişində narkotik asılılığı dövründə yaşadığı ağır hadisələrdən və itirdiyi böyük sərvətdən danışıb.

Modern.az-ın məlumatına görə, reabilitasiya mərkəzində müalicə alan ifaçı Nail Kəmərlinin aparıcısı olduğu verilişə qonaq olub. O, narkotik maddələrin həyatına, sağlamlığına və maddi durumuna vurduğu zərərdən bəhs edib.

Lalə Altun bildirib ki, xüsusilə amfetamin törəmələrinin təsiri altında ağır hallüsinasiyalar və sayıqlamalar yaşayıb.

İfaçı həmin dövrdə özünə ciddi xəsarətlər yetirdiyini də açıqlayıb. Onun sözlərinə görə, narkotik maddənin təsiri altında olarkən sağlam dişlərini kəlbətinlə çəkib.

Müğənni bir dəfə özünə gəldikdə əlində kəsici alət olduğunu və ağzından qan gəldiyini gördüyünü deyib. Yalnız bundan sonra özünə nə qədər ciddi xəsarət yetirdiyini anladığını bildirib.

Proqram zamanı Lalə Altun ağır sayıqlamalar yaşadığı dövrdə pişik kəsərək bişirib yediyini də təsdiqləyib.

Müğənni narkotik asılılığı səbəbindən böyük sərvətini və mülklərini də itirdiyini bildirib.

Onun sözlərinə görə, müğənnilik fəaliyyəti sayəsində əldə etdiyi əmlak və təsərrüfatın böyük hissəsi cəmi iki il ərzində əldən çıxıb.

Lalə Altun itirdiyi əmlaklar arasında 13 ədəd mikser yük maşını, tikinti nasosları, “Super Maz” markalı yük avtomobilləri, 2 kran və traktorların olduğunu deyib.

İfaçı həmçinin böyük və xırda buynuzlu heyvanların saxlanıldığı fermalarının olduğunu, lakin onları da itirdiyini açıqlayıb.

Bundan başqa, müğənni İstanbulda yerləşən evini və digər daşınmaz əmlaklarını da narkotik asılılığı səbəbindən itirdiyini bildirib.

Reabilitasiya mərkəzinin nümayəndələri isə Lalə Altunun ilk dəfə mərkəzə müraciət etdiyi zaman vəziyyətinin olduqca ağır olduğunu, görmə və danışıq qabiliyyətinin, demək olar ki, tamamilə itirildiyini bildiriblər.

Lalə Altun hazırda 4 aydır narkotik maddələrdən uzaq olduğunu və müalicəsini davam etdirdiyini söyləyib.

İfaçı normal həyata qayıtmaqla yanaşı, yenidən səhnəyə çıxmaq üçün də mübarizə apardığını qeyd edib.

Gülər Hüseynli

Sizə yeni x var
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?