Ermənistanın 12 iyuldan etibarən Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz olaraq dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar aksiyalar keçirir.
Modern.az xəbər verir ki, son günlərdə Türkiyədə, Almaniyada, Rusiyada, Polşada, ABŞ-da, Gürcüstanda bu qəbildən askiyalar keçirilib.
Növbəti aksiya Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.
Erməni işğalına etiraz, Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyada Azərbaycan bayraqları dalğalandırılıb, şüarlar səsləndirilib.