Modern.az

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Fuad Muradovla görüşüb

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Fuad Muradovla görüşüb

Diaspor

14 İyul 2021, 13:45

Amerika -Azərbaycan Cəmiyyətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

 

Komitədən Modern.az-a bildirilib ki, görüşdə Amerika-Azərbaycan Cəmiyyətinin gələcək fəaliyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Xatırladaq ki, Amerika -Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaradılıb, cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.

 

Hazırda cəmiyyətə Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok