Modern.az

Türk Dövlətlərinin Diaspor Gəncləri Fəxri və Şəhidlər xiyabanlarında - FOTOLAR

Türk Dövlətlərinin Diaspor Gəncləri Fəxri və Şəhidlər xiyabanlarında - FOTOLAR

Diaspor

26 Sentyabr 2023, 10:00

Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu çərçivəsində tədbir iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.


Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.


Qeyd edək ki, sentyabrın 26-27-də Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları