Modern.az

Ukraynada Zəfər Günü ilə bağlı aksiya keçirilib

Ukraynada Zəfər Günü ilə bağlı aksiya keçirilib

Diaspor

9 Noyabr 2023, 11:21

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ukrayna Azərbaycanlıları Konqresinin yerli təşkilatlarının təşəbbüsü ilə Çernovtsı və Jitomir şəhərlərinin mərkəzi küçələrində quraşdırılmış bilbordlarda 8 Noyabr tarixinin Azərbaycanın Zəfər Günü olduğuna diqqət cəlb edilib. Bilbordlarda “Qarabağ Azərbaycandır!” şüarı, Şuşanın azadlıq rəmzi olan “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.
 

Məlumatlandırma aksiyasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?