Modern.az

Ukrayna ilə İsrail arasında "taxıl qalmaqal"ı

Ukrayna ilə İsrail arasında "taxıl qalmaqal"ı

Dünya

Bu gün, 17:45

Ukrayna İsrail səfirinə “oğurlanmış taxıl” iddiaları ilə bağlı etiraz notası təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik İsrailin Ukraynadakı səfiri Mixail Brodskini quruma dəvət edərək ona rəsmi nota təqdim edib. Etiraz, Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən qanunsuz çıxardığı kənd təsərrüfatı məhsullarının İsrailə sistemli şəkildə idxal edilməsi iddiaları ilə bağlıdır.

Ukrayna tərəfi qeyd edib ki, taxılın mənşəyi dəqiq müəyyən olunub və bu məhsulların gizlədilməsi sxemləri, o cümlədən Qara dənizdə “gəmidən-gəmiyə” (ship-to-ship) yükləmə üsulları barədə məlumatlar mövcuddur.

XİN-in sözçüsü Georgi Tixiy bildirib ki, İsrail tərəfinin Ukraynanın rəsmi müraciətlərini və beynəlxalq hüquqi yardım sorğularını, o cümlədən gəmilərin və yüklərin saxlanılması ilə bağlı çağırışları nəzərə almaması faktiki olaraq “oğurlanmış Ukrayna taxılının leqallaşdırılmasına şərait yaradır”.

Qeyd edək ki, məsələ son dövrlər beynəlxalq səviyyədə də müzakirə olunan mövzulardan biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!