Portuqaliyalı mütəxəssis Joze Mourinyonun yenidən “Real Madrid”in baş məşqçisi postuna qayıda biləcəyi ilə bağlı iddialar gündəmə gəlib.
Modern.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, klub prezidenti Florentino Peres baş məşqçi postu üçün əsas namizədlər arasında məhz Mourinyonu görür və onun “kral klubu”na qayıdışında maraqlıdır.
Lakin qeyd olunur ki, klub daxilində hər kəs portuqaliyalı mütəxəssisin namizədliyini dəstəkləmir. Buna baxmayaraq, Peresin şəxsi mövqeyi bu məsələdə həlledici amillərdən biri kimi qiymətləndirilir.
Xatırladaq ki, Joze Mourinyo daha əvvəl 2010–2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib və komanda ilə bir sıra uğurlara imza atıb.