Modern.az

Tramp: İran çökmək üzrədi

Tramp: İran çökmək üzrədi

Dünya

28 Aprel 2026, 17:44

ABŞ Prezidenti Donald Trump bildirib ki, İran Vaşinqtona Hörmüz boğazının təcili açılması ilə bağlı müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social hesabında paylaşım edib.

Onun sözlərinə görə, İran hazırda çətin vəziyyətdədir: “İran indicə bizə məlumat verdi ki, onlar çökmüş vəziyyətdədirlər. Onlar istəyirlər ki, biz Hörmüz boğazını mümkün qədər tez açaq, bu arada isə öz rəhbərlikləri ilə bağlı vəziyyəti nizamlamağa çalışırlar (inanıram ki, buna nail olacaqlar)”.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutlarından biri hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər