Birləşmiş Ərəb Əmirlikləri OPEK və OPEK+ formatından çıxır.
Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, OPEC təşkilatı İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən 1960-cı ildə Bağdadda yaradılıb. Onun əsas məqsədi üzv ölkələrin neft siyasətini koordinasiya etmək və qlobal bazarda sabitliyi təmin etməkdir.
OPEC+ isə ayrıca təşkilat deyil, OPEC ölkələri ilə qeyri-OPEC iri neft istehsalçıları arasında əməkdaşlıq formatıdır. 2016-cı ildə neft qiymətlərinin kəskin ucuzlaşması fonunda, əsasən Səudiyyə Ərəbistanı və Rusiyanın təşəbbüsü ilə OPEC+ yaradılıb.
OPEC+ çərçivəsində OPEC üzvləri ilə yanaşı, Rusiya, Azərbaycan, Qazaxıstan, Meksika və Oman kimi ölkələr də iştirak edir. Bu geniş format dünya neft hasilatının böyük hissəsini əhatə edir və qəbul edilən qərarlar bazara birbaşa təsir göstərir.
Azerbaycan OPEC-in üzvü olmasa da, 2016-cı ildən etibarən OPEC+ razılaşmalarına qoşulub. Azərbaycan hasilat kvotalarına əməl etməklə qlobal enerji bazarında sabitliyin qorunmasına töhfə verir.