Modern.az

Politoloqu 9-cu mərtəbədən atdılar

Politoloqu 9-cu mərtəbədən atdılar

Dünya

25 Aprel 2016, 17:10

 Ukraynalı politoloq Andrey Doroşenko Kiyevdəki evinin 9-cu mərtəbəsindən düşərək həlak olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mərhumu küçədə tapan təsadüfi şəxs politoloqun telefonu vasitəsilə onun qardaşına və həyat yoldaşına xəbər verib.

Ukrayna polisi “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açıb. Hadisənin baş verdiyi 9-cu mərtəbədə naməlum kişinin ayaqqabı izləri tapılıb.

Andrey Doroşenko 2011-ci ildən Qabaqcıl Hüquqi Təşəbbüslər Mərkəzinin eksperti olub.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu