Modern.az

Rusiya ABŞ-ı nüvə müharibəsinə başlamaq istəyində ittiham edir

Rusiya ABŞ-ı nüvə müharibəsinə başlamaq istəyində ittiham edir

6 Noyabr 2017, 22:21

"Trampın Yaponiya səfəri zamanı səsləndirdiyi fikirlər nüvə münaqişəsini qızışdırıb. Bu Şimali Koreya üzərindəki təzyiq problemin həllinə hər ehtimalla zərər verib". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya parlamentinin Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev bildirib.

 

Konstantin Kosaçev  qeyd edib ki, Yaponiya ABŞ-dan Trampın qeyd etdiyi silahları alsa, bu, nüvə müharibəsinə səbəb ola bilər.

 

Qeyd edək ki, bu gün Tramp Yaponiya səfərində açıqlamasında ABŞ-dan alınan silahlarla Şimali Koreyaya məxsus raketləri asanlıqla vurmağın mümkün olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok