Modern.az

ABŞ Ermənistanın hava limanını icarəyə götürmək üçün danışıqlar aparır

ABŞ Ermənistanın hava limanını icarəyə götürmək üçün danışıqlar aparır

Dünya

3 Avqust 2011, 11:15

ABŞ Ermənistanla İrəvanda yerləşən “Erebuni” hava limanının icarəyə götürülməsi ilə bağlı qapalı danışıqlar aparır. Modern.az bildirir ki, bu barədə “Aykakan Jamanak” qəzeti məlumat yayıb.  İnformasiyada deyilir ki, bu məqsədlə keçirlən görüşlərdə Ermənistan hakimiyyətinin məsul şəxsləri iştirak edir.

İrəvan tələsik bu məlumatı təkzib etməyə çalışıb. Diplomatik mənbələrdən bu xəbərin “absurd” olduğunu bildiriblər.

“Erebuni” hava limanında Ermənistanda yerləşən 102-ci Rusiyanın  hərbi bazasına tabe olan rus aviaqrupu yerləşir. Bu qrup MiQ-29 qırıcıları ilə təmin edilib.  Aviabazanın şəxsi heyəti MDB ölkələrinin birləşmiş hava qüvvələrinin tərkibində döyüş növbətçilyini həyata keçirir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok