Modern.az

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü

Dünya

26 Sentyabr 2018, 14:29

Fransanın sağcı “Milli Cəbhə” partiyasının yaradıcısı 90 yaşlı Jan Mari Le Penin vəziyyəti pisləşib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, siyasətçi keçməyən qızdırma səbəbi ilə dünən axşam xəstəxanaya qaldırılıb.

 

“Həkimlər hər hansı bir ağırlaşmanın qarşısını almaq üçün xəstəxanaya yerləşdirməsini lazım biliblər” – Le Penin ofisindən bildirilib.

 

Qeyd edək ki, Le Penin başçılıq etdiyi “Milli Cəbhə” partiyasının adı dəyişdirilərək son 40 il ərzində “Milli Birlik” adlandırılır. 2011-ci ildən partiyaya onun qızı Marin Le Pen başçılıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar