Modern.az

Fransada silahlı insident: 2 yaralı

Fransada silahlı insident: 2 yaralı

Dünya

7 Oktyabr 2018, 20:03

Fransada silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Parisin mərkəzi küçələrindən olan "V Georq" küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxslər sürücünün və sərnişinin olduğu avtomobili atəşə tutublar. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağırdır.

 

Atəş açan şəxslər hadisə yerindən qaçıb. Faktla bağlı araşdırmaya başlanılıb.

 

Bilidrilir ki, atışma baş verən küçədə "V Georq", "Uels şəhzadəsi" otelləri, kilsə və Çin səfirliyi yerləşir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok