Modern.az

Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlandı

Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlandı

Dünya

20 İyun 2020, 20:46

Britaniya Muzeyinin məlumatına görə, tədqiqatçılar beş min illik tarixi olan iki qədim Misir mumiyasında tatuirovkalar aşkar ediblər.

 

Modern.az “Reuters”-ə istinadla xəbər verir ki, kişi mumiyanın qolunun yuxarı hissəsində vəhşi öküz və qoç rəsmi, qadın mumiyanın qolunda və çiyin nahiyəsində isə naxışlar işlənilib.

 

Oksford Universitetinin Şərq tədqiqatları fakültəsinin mütəxəssisləri tatuirovkaları üzə çıxarmaq üçün kompüter tomoqrafiyasının imkanlarından istifadə ediblər. Müasir texnologiyaların son nailiyyətlərindən olan “3D” fotoşəkillər tatuirovkaları daha aydın göstərməyə imkan verib.

 

Britaniya Muzeyinin fiziki antropologiya bölməsinin rəhbəri Deniel Antuan bildirib ki, bu yenilik tatuirovkaların qədim tarixinə nüfuz etməyə imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok