Modern.az

Rusiya Tacikistana hərbi texnikalar göndərdi

Rusiya Tacikistana hərbi texnikalar göndərdi

11 Sentyabr 2021, 19:36

Rusiya Tacikistana 12 zirehli maşın və bir çox hərbi texnika göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Tacikistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən bildirilib ki, Tacikistanın cənub sərhədi yaxınlığında qeyri-sabitliyin artması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əməkdaşlıq edilir.

 

Qeyd olunub ki, BRDM-2M zirehli texnikaları, yaxın döyüş sistemləri və qoruyucu vasitələr daxil olmaqla hərbi texnikaların ötürülməsi Tacikistanın hərbi imkanlarını modernləşdirəcək və əhəmiyyətli dərəcədə artıracaq.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək