Modern.az

Qətərin XİN rəhbəri Kabilə səfər etdi

Qətərin XİN rəhbəri Kabilə səfər etdi

Dünya

12 Sentyabr 2021, 20:17

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu gün Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “əl-Cəzirə” telekanalı məlumat yayıb.

 

Əl-Tani Kabildə “Taliban” tərəfindən təyin olunan Baş nazir Molla Məhəmməd Həsən Axundla görüşüb.

 

Qeyd edək ki, Qətər “Taliban” hərəkatı ilə müsbət münasibətlərə malik olan ölkədir. Hərəkatın siyasi qanadının mərkəzi Qətərdə yerləşirdi.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok