Modern.az

Təyyarə faciəsi: 72 nəfərin hamısı ölüb - YENİLƏNİB

Təyyarə faciəsi: 72 nəfərin hamısı ölüb - YENİLƏNİB

15 Yanvar 2023, 13:48

Nepalda baş vermiş dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan 72 nəfərin hamısının öldüyü məlum olub.

 

Bundan əvvəl iki nəfərin sağ tapıldığı deyilirdi.

 

***

Nepalın Pohkar şəhərində baş verən təyyarə qəzasında 2 nəfərin sağ qaldığı üzə çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi Pohkar hava limanındakı özəl mənbələrindən məlumat alıb.

 

Bildirilib ki, hazırda onların vəziyyəti ağırdır.

 

***

11:42

 

Nepaldakı təyyarə qəzası zamanı təyyarədəki bütün insanlar həyatını itirib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib.

 

Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub ki, onların hamısı faciəvi qəza nəticəsində həlak olublar.

 

Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır.

 

***

11:27

 

Nepaldakı təyyarə qəzasında ölənlərin sayı 40 nəfərə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, onların cəsədlərinin qalıqları hadisə yerində aşkarlanıb.

 

Rusiyanın Nepaldakı səfirliyinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı da olub.

 

***

10:55

 

Nepaldakı təyyarə qəzasında azı 16 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Həmçinin xeyli sayda yaralının olduğu qeyd olunub.

 

***

10:28

 

Nepalda təyyarə qəzası baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, səbəbi hələlik məlum olmayan hadisə Pohkar hava limanı yaxınlığında olub.

 

Qəzaya uğrayan təyyarənin göyərtəsində 72 sərnişinin olduğu bildirilir. Hadisə yerində yanğın başlayıb.

 

Hazırda sərnişinlərin taleyi dəqiqləşdirilir, qəzanın detalları araşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?