Türkiyə I Liqasından Superliqaya yüksələn ilk komanda bəlli olub.
Modern.az xəbər verir ki, "Ərzurumspor" aşağı liqada mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də 5 ildən sonra elitaya vəsiqəni təmin edib.
Komanda səfərdə "Bodrumspor"la 1:1 hesablı heç-heçə etməklə buna nail olub. Bu nəticədən sonra xallarını 79-a çatdıran çempionatın lideri ən yaxın izləyicisini 6 xal qabaqlayır.