Modern.az

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Ölkə

19 Aprel 2026, 23:39

Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.

Modern.az xəbər verir ki, Özbəkistan vətəndaşı Qəhrəman Eşmirzəyev velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına - Məkkəyə Ümrə ziyarətinə getdiyini bildirib.

O qeyd edib ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.

Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.

Qəhrəman Eşmirzəyev vurğulayıb ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.

(Xəzər TV)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?