Modern.az

ABŞ HDQ Hörmüzü minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir

ABŞ HDQ Hörmüzü minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir

Dünya

Bu gün, 00:41

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazını dəniz minalarından təmizləmək üçün sualtı dronlardan istifadə etməyə başlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti Pentaqonun rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan kommersiya gəmilərinə təhlükə yarada biləcək minaları aşkarlamaq üçün pilotlu və pilotsuz sistemlərin kombinasiyasından istifadə edir.

Vurğulanıb ki, əməliyyatın əsas məqsədi suları mina sahələrindən tamamilə təmizləmək, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin daşındığı bu strateji əhəmiyyətli marşrut boyunca kommersiya gəmiçiliyinin bərpasını təmin etməkdir.

Hərbi ekspertlər bildiriblər ki, pilotsuz sualtı aparatlar vasitəsilə dəniz dibinin ilkin tədqiqatı tez bir zamanda başa çatdırıla bilər. Minaların aşkarlanmasından sonra onları zərərsizləşdirmək üçün ixtisaslaşmış dəniz robot sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?