Modern.az

“Bavariya” 35-ci dəfə çempion oldu

“Bavariya” 35-ci dəfə çempion oldu

İdman

19 Aprel 2026, 22:22

Münxenin “Bavariya” klubu Bundesliqanın başa çatmasına dörd tur qalmış çempionluğunu rəsmiləşdirib.

Modern.az xəbər verir ki, münxenlilər çempionatın 30-cu turunda öz meydanında “Ştutqart” ilə qarşılaşıblar. Meydan sahibləri görüşdə 4:2 hesabı ilə qalib gəliblər. Bununla da, “Bavariya” xal ehtiyatını 76-ya, ən yaxın təmsilçisi “Borussiya Dortmund” ilə xal fərqini isə 15-ə çatdıraraq növbəti dəfə çempion adını təmin edib.

Xatırladaq ki, Münxen təmsilçisinin ən yaxın izləyicisi “Borussiya Dortmund” tur çərçivəsində ötən gün səfərdə “Hoffenhaym”a uduzub – 2:1. Dortmund təmsilçisi hazırda 64 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qələbə sayəsində Münxen təmsilçisi öz rekordunu bir daha yeniləyib. Belə ki, “Bavariya” Bundesliqada 35-ci çempionluğunu rəsmiləşdirib. Bundan başqa komanda Bundesliqada vurduğu qolların sayını 109-a çatdıraraq ölkə çempionatları tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord Gerd Müller və Frans Bekkenbauerin çıxış etdiyi 1971-1972-ci il mövsümünə qeydə alınıb – 101 qol. Münxenlilər 2019-2020-ci il mövsümündə isə rəqib qapılarına 100 dəfə yol tapıblar.

Bundesliqanın 30-cu turunun digər görüşlərində “Frayburq” öz meydanında “Haydenhaym” üzərində qələbə qazanıb – 2:1.

Turun ötən gün oynanılan digər qarşılaşmalarında “Bayer Leverkuzen” doğma divarlar arasında “Auqsburq”a uduzub – 1:2. Digər görüşlər aşağıdakı nəticələrlə başa çatıb:

“Verder Bremen” – “Hamburq” – 3:1.

“Union Berlin” – “Volfsburq” – 1:2.

“Ayntraxt Frankfurt” – “Leptsiq” – 1:3.

“St Pauli” – “Köln” – 1:1.

Bundesliqanın 34-cü turuna turuna hazırda davam edən “Borussiya Mönxenqladbax” – “Maynts” görüşü ilə yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?