Modern.az

Şahbaz Şərif Pezeşkianla regiondakı vəziyyəti müzakirə edib

Şahbaz Şərif Pezeşkianla regiondakı vəziyyəti müzakirə edib

Dünya

20 Aprel 2026, 01:50

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.

Modern.az-ın məlumatına görə, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.

"Bu axşam Prezident Məsud Pezeşkyanla regional vəziyyətin inkişafı ilə bağlı səmimi və konstruktiv danışıq apardım.

Mən İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini, eləcə də Tehranda feldmarşal Seyid Asim Munirlə son müzakirələri təqdir etdim", - deyə o bildirib.

Baş nazir qeyd edib ki, Pakistan davamlı sülhün və regional sabitliyin təmin edilməsində dürüst və səmimi vasitəçi roluna tam sadiqdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı