Modern.az

Egey dənizində TƏHLÜKƏ - Hərəkət məhdudlaşdırıldı

Egey dənizində TƏHLÜKƏ - Hərəkət məhdudlaşdırıldı

Dünya

12 Mart 2023, 18:03

Egey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, buna səbəb ekstremal hava şəraiti olub.

 

Belə ki, fırtına kiçik qayıqlar üçün dənizdə hərəkəti təhlükəli edib.

 

Qeyd edilib ki, Geyikli və Bozcaada adaları arasında müntəzəm reyslə hərəkət edən qayıq marşrutları da ləğv olunub. Dənizdə bütün növ su nəqliyyatının hərəkətinin hava şəraitinin normallaşmasından sonra bərpa ediləcəyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et