İsrailin müdafiə naziri Yoav Qalant Qəzza şəhərinin qərb hissəsində əməliyyatın başa çatdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "Walla" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri quru əməliyyatının yeni mərhələsinə başlayıb. Nazir bu mərhələnin nədən ibarət olduğunu dəqiqləşdirməyib.
“Biz Qəzza şəhərinin bütün qərb hissəsinin təmizlənməsini başa çatdırdıq, növbəti mərhələ başladı – qüvvələr çox güclü və hərtərəfli kəşfiyyatın müşayiəti ilə hava, dəniz və quru qüvvələri arasında çox yüksək koordinasiyada, aydın, qətiyyətlə hərəkət edir", - Qallant deyib.