Modern.az

Gələn il Ukrayna üçün daha çətin ola bilər - "Tavriya" komandanı

Gələn il Ukrayna üçün daha çətin ola bilər -

Dünya

27 Dekabr 2023, 11:42

"Gələn il daha çətin ola bilər”.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı Tarnavski BBC-yə müsahibəsində deyib.

 

O qeyd edib ki, ölkə öz sərhədlərinə çatmaq məqsədini həyata keçirməyə nə qədər yaxındırsa, vəziyyət bir o qədər çətinləşir.

 

"Düşünürəm ki, gələn il yəqin daha çətin olacaq. Çünki biz hərbi əməliyyatlara və ərazilərimizin azad edilməsi ilə son qoymalıyıq... Düşmən bunu bilir və bu tapşırığı yerinə yetirməməyimiz üçün hər şeyi edəcək", - komandan əlavə edib.

 

F-16-ların tədarükünün cəbhədəki vəziyyəti yaxşılaşdıra biləcəyindən danışan general qırıcıların və PUA-ların alınması ilə Hərbi Hava Qüvvələrinin daha da güclənəcəyini və onların dəstəyi ilə döyüş əməliyyatlarının daha da aktivləşəcəyini vurğulayıb.

 

O əlavə edib ki, havada heç bir üstünlük F-16-ların olmadığı üçün yox, bir sıra digər amillərə görə olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok