Modern.az

Rusiyanın dondurulmuş aktivlərinin aqibəti necə olacaq? - G7 razılığa gələ bilmir

Rusiyanın dondurulmuş aktivlərinin aqibəti necə olacaq? - G7 razılığa gələ bilmir

Dünya

18 Aprel 2024, 11:32

G7-nin maliyyə nazirləri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı razılığa gələ bilməyiblər.

 

Modern.az "Reuters"a istinadən xəbər verir ki, onlar məsələyə iyun ayına qədər həll tapacaqlarına söz veriblər.

 

"Rusiya Federasiyasının Ukraynaya vurduğu ziyanı ödəməsini təmin etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik. Bizim yurisdiksiyalarımızdakı Rusiyanın suveren aktivləri o vaxta qədər bizim hüquqi sistemlərimizə uyğun olaraq dondurulmuş vəziyyətdə qalacaq.

 

Biz bütün mümkün yollar üzərində işləməyə davam edəcəyik. Rusiya Federasiyasının dondurulmuş aktivləri Ukraynaya dəstək üçün istifadə edilə bilər”, - nazirlərin bəyanatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır